son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Lixtenşteyn: ● V turun oyun cədvəli bəlli olub ● "Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ●

"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 9-10-2025, 14:54

"Diqqətimizi İslandiyaya yönəltməzdən əvvəl Azərbaycanla matça ciddi yanaşmalıyıq. Hər oyunun öz reallığı var və biz sabah qələbə qazanmalıyıq".

Sport1.az xəbər verir ki, bu sözləri Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

"Real"ın 27 yaşlı hücumçusu yığmamızın seçmə mərhələnin son turunda Bakıda Ukrayna ilə heç-heçə etməsini xüsusi vurğulayıb: “Bu qarşılaşma İslandiya ilə matçdan az önəmli deyil. Məqsəd Dünya Çempionatına vəsiqə qazanmaqdır. Vəsiqə təmin olunana qədər mübarizə aparmalıyıq”.

Meydana çıxmağa hazır olduğunu söyləyən forvard istənilən komandaya qol bura biləcəyini ifadə edib: “Mən sabah oynamaq istəyirəm, baş məşqçi də buna qarşı deyil. Ciddi problemlərin olacağını düşünmürəm. özümü yaxşı hiss edirəm. Bu gün məşq edəcəyəm, bu oyunöncəsi son hazırlıq olacaq. Xüsusi narahatlığım yoxdur”.

Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR