“Gəncə”də amerikalı basketbolçu

Bölmə adı ABL
Yayımlandı 8-10-2025, 18:31

Transfer çalışmalarını davam etdirən “Gəncə” daha bir legionerlə heyətini gücləndirib.

Sport1.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

ABŞ-dən olan Ceykob Uayli ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 2 metr boya malik basketbolçu “Gəncə”də 2 nömrəli forma ilə oynayacaq.

Qeyd edək ki, Ceykob Uayli son mövsümü Rumıniyanın “Styaua” klubunda keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR