son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

"Təslim olmamaq lazımdır" - Ayxan Abbasov

Bölmə adı Milli
Yayımlandı 8-10-2025, 15:26

"Üç gün idi ki, Bakıdaydıq. Furbolçuların yanaşması bizi sevindirir. İstəkli idilər. Yüngül zədədən qayıdanlar var. Əsas odur ki, hamı bu oyunların mahiyyətini bilir. Bizi ağır matçlar gözləyir. Komanda olaraq istəkli olmaq və xarakter göstərmək, təslim olmamaq lazımdır".

Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Yığmamız DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunu üçün bu gün Parisə yola düşüb. A.Abbasov isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

Millinin yeni baş məşqçisi qısa müddət ərzində komandada nəyi dəyişə bildiyinə dair suala belə reaksiya verib: "Əlbəttə ki, birdən-birə nəyisə dəyişnək çətindir. Əvvəlcə yanaşmamızı dəyişməliyik. İnanıram ki, futboçular formanın dəyərini biləcəklər. Get-gedə daha yaxşı olacağıq".

Fransa millisinin əsas oyunçularından Kilian Mbappe və Usman Dembelenin Azərbaycanla matçı buraxacağı gözlənilir. Bredli Barkolanın isə görüşdə iştirak etməyəcəyi dəqiqdir. A.Abbasov buna da münasibət bildirib: "Fransa güclü komandadır. Alternativləri adlarını çəkdiyiniz oyunçulardan geri qalmır. Fransaya qarşı komanda olaraq hazırlaşmışıq. Elə futbolçular var ki, komandada vacib rol oynayır. Mbappe, Dembele də onlardandır".

A.Abbasov üzərlərində təzyiq etməklərinə baxmayaraq, komandanın motivasiyalı olduğunu və hər oyunda maksimum xal qazanmaq istədiklərini deyib: "Hər kəsə təşəkkür edirəm. Dəstək var, bu, motivasiyadır. Millidə çalışmaq bizim üçün qürurdur. Böyük məsuliyyətdir. Harada olduğumuzu bilirik. Uğurlu çıxış etməyə çalışacağıq. Təzyiqlər normaldır. Belə böyük komandanın baş məçqçisi olmaq qürurvericidir. Hər oyunda maksimum xal qazanmaq istəyirik. Çox çətin qrupdayıq. Evdə də iki oyunumuz var".

Mütəxəssis sonda Rüfət Abdullazadənin milliyə dəvət edilməməsinin səbəbini açıqlayıb: "Hər dəfə millinin heyəti açıqlanandan sonra fikir mübadiləsi olacaq. Keçən oyunlarda Murad Xaçayevin, Faiq Hacıyevin milliyə niyə dəvət olunmamasından danışdılar. Kənarda qalanlardan danışılır. Rüfəti yaxşı tanıyıram. Bu gün biz başqa cür yanaşırıq. Həmin mövqedə oyunçularımız var. Bir oyunçu artıq dəvət etdik. Gələn oyunlarda dəyişiklik olacaq. Təyinatım matçlara bir həftə qalmış reallaşdı. Tam seleksiyamız olmamışdı. Bundan sonra bütün futbolçulara baxılacaq. Bəzi futbolçular az oynasa da, onlar milliyə lazımdır. Onlardan bir gündə üz döndərməli deyilik. Rüfət və digərləri var ki, qarşıdakı toplanışda bizimlə olacaq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR