"Real"dan futbolçulara mükafat

Bölmə adı Futbol
Yayımlandı 27-03-2025, 15:31

“Real” rəhbərliyi komandanın futbolçularını mükafatlandırmaq qərarına gəlib.

Sport1.az xəbər verir ki, buna Madrid klubunun UEFA Çempionlar Liqasında 1/4 finala yüksəlməsi səbəb olub.

Bu nəticəyə görə “Real”ın hər bir oyunçusu 250 min avro bonus alıb.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi olan “Real” turnirin 1/4 finalında “Arsenal”la üz-üzə gələcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR