Postecoglounun gələcəyinə aydınlıq gətirildi

Bölmə adı İngiltərə
Yayımlandı 4-10-2025, 17:56

"Nottinqem Forest"in baş məşqçisi Anqe Postekoglu ilə bağlı qərar Premyer Liqanın 7-ci turunda keçiriləcək “Nyukasl Yunayted” matçından sonra veriləcək.

Sport1.az yerli KİV-ə istinadən xəbər verir ki, “meşəbəyilər” ardıcıl 4 məğlubiyyət və 2 heç-heçəyə baxmayaraq rəhbərlik məşqçiyə dəstək göstərir. Lakin klub rəhbərliyi 60 yaşlı mütəxəssisin fəaliyyətini dəyərləndirmək üçün “sağsağanlar”la oyunun nəticəsini gözləyir.

Qeyd edək ki, Postekoglu sentyabrın 9-da “Nottinqem Forest”də Nunu Espiritu Santonu əvəzləyib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR