“Mançester Siti”yə qayıtmaya bilər

Bölmə adı İngiltərə
Yayımlandı 3-10-2025, 23:52

Manuel Akanci gələn yay “Mançester Siti”yə qayıtmaya bilər.

Sport1.az xəbər verir ki, “İnter” xidmətindən icarə əsasında yararlandığı isveçrəli müdafiəçinin transfer hüququnu almağı planlaşdırır.

İtaliya klubu bunun üçün 15 milyon avro ödəməli olacaq. Akanci ilə imzalanan müqavilədə məhz belə yazılıb.

Manuel MS-dən birillik müddətə icarəyə götürülüb. O, “İnter”də bütün turnirlərdə 5 oyun keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR