Sabiq "Mançester Yunayted" futbolçusu Antoni əvvəlki klubu haqda etiraf etdi.Sport1.az xəbər verir ki, "Real Betis"in şərəfini qoruyan braziliyalı futbolçu açıqlamasında bunları söylədi:
“Mən qalmaqallara qarışan, kimlərinsə adını çəkən biri deyiləm. Açığı, burada da heç kimin adını qeyd etməyəcəyəm. Orada hörmətsizlik, hətta bir az kobudluq da oldu. Çox şey deyə bilərəm. Amma bunlar keçmişdə qalıb, mən belə şeylərə çox da önəm vermək istəmirəm. İndi "Real Betis"dəyəm və xoşbəxtəm. Bu, mənim üçün ən vacib olan şeydir".