İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı

Bölmə adı İngiltərə
Yayımlandı 2-10-2025, 21:54

İngiltərənin "Fulhem" klubunda yeni müqavilə qeydə alınıb.

Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçusu Rodriqo Munizin sözləşməsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 24 yaşlı braziliyalı forvardın maaşı da artırılıb.

Qeyd edək ki, Muniz 2021-ci ildən "Fulhem"də çıxış edir. O, bu mövsüm 7 rəsmi matçda çıxış edərək 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR