"Crystal Palace" baş məşqçisi ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, Oliver Qlasnerin müqaviləsi mövsümün sonunda başa çatır. Lakin hələ də onun klubdakı gələcəyi ilə bağlı dəqiq qərar verilməyib.
Qeyd edək ki, avstriyalı mütəxəssis ötən mövsüm "qartallar"a klub tarixində ilk kuboku qazandırıb. Bu mövsümün əvvəlində isə "Liverpul"u 2:1 hesabı ilə məğlub edərək İngiltərə Superkubokunu da komandanın aktivinə yazdırıb.