"Nyukasl" ciddi itki ilə üzləşdi

Bölmə adı İngiltərə
Yayımlandı 2-10-2025, 19:27

"Nyukasl Yunayted"in müdafiəçisi Tino Livramento zədə səbəbindən 10 oyunu buraxacaq.

Sport1.az xəbər verir ki, o, "Arsenal"la görüşün 77-ci dəqiqəsində diz bağlarından aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib. Klubun açıqlamasına əsasən, futbolçunun ən azı 10 matç kənarda qalacağı bildirilib.

Qeyd edək ki, "Nyukasl" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR