“Özümü pis hiss edirəm” – Haaland

Bölmə adı İngiltərə
Yayımlandı 2-10-2025, 17:54

Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda keçirilən "Monako" ilə oyundan sonra Erlinq Haaland jurnalistlərə açıqlama verib.

Sport1.az xəbər verir ki, norveçli hücumçu "Mançester Siti"nin Fransa təmsilçisi qarşısında qazandığı 2:2 hesablı bərabərlikdən məyus olduğunu bildirib:

"Özümü pis hiss edirəm – qalib gələ bilmədik. İkinci hissədə bunu aşdıq. Elə də yaxşı oynamadıq və qələbəyə layiq deyildik."

Qeyd edək ki, "şəhərlilər"in hər iki qolunun müəllifi də Erlinq Haaland olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR