İngiltərə Premyer Liqasının 6-cı turunda "Brentford"a 1:3 hesabı ilə məğlub olan "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimlə bağlı yayılan iddialara klub rəhbərliyi münasibət bildirib.
Sport1.az-ın BBC-yə istinadən xəbər verir ki, klubun ortağı Cim Ratkliff portuqaliyalı mütəxəssisin işinin yalnız mövsümün sonunda qiymətləndirilməsinin vacib olduğunu bildirib. O, rəhbərliyin Amorimin komandanı inkişaf etdirdiyi istiqamətdən məmnun olduğunu vurğulayıb.
"Mançester Yunayted" rəsmiləri yeni baş məşqçi axtarışında olduqları ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, "qırmızı şeytanlar" Amorimin rəhbərliyi altında son iki oyunda qələbə qazana bilməyib.