“Vest Hem”də yeni təyinat

Bölmə adı İngiltərə
Yayımlandı 27-09-2025, 20:18

Vest Hem”in yeni baş məşqçisi bəlli olub.

Sport1.az xəbər verir ki, London klubu portuqaliyalı mütəxəssis Nuno Eşpirito Santo ilə rəsmi müqavilə imzalayıb.

Təcrübəli mütəxəssis bu vəzifədə ingiltərəli Qrem Potteri əvəzləyib.

51 yaşlı Nuno Eşpirito Santonun son iş yeri Premyer Liqa təmsilçisi “Nottinqem Forest” olub.

Müəllif: Sport1.az