son dəqiqə SON DƏQİQƏ

Haaland Sulşerin uğurunu təkrarladı

Bölmə adı İngiltərə
Yayımlandı 22-09-2025, 13:56

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yeni uğura imza atıb.

Sport1.az xəbər verir ki, o, buna ötən gün "Arsenal"la matçda bacarıb. 24 yaşlı hücumçu Premyer Liqadakı qollarının sayını 91-ə çatdırıb.

Bununla da o, Ole Qunnar Sulşerin göstəricisini təkrarlayıb. Haaland 1 qol daha vurarsa Premyer Liqada norveçli oyunçular arasında rekorda sahib olacaq.

Xatırladaq ki, sözügedən matç 1:1 hesabı ilə yekunlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR