son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ●

“Çelsi”nin futbolçusu yüngül atlet oldu

Bölmə adı İngiltərə
Yayımlandı 20-09-2025, 09:48

“Çelsi” futbol komandasının və Ukrayna millisinin hücumçusu Mixail Mudrik idmanın yüngül atletika növünə keçməyi qərar verib.

Sport1.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Dopinq qəbul etməkdə ittiham olunan Mixail Mudrik 2024-cü ilin dekabrından etibarən müvəqqəti olaraq futboldan kənarlaşdırılıb. İyun ayında İngiltərə Futbol Assosiasiyası (FA) Mudrikə qarşı rəsmi olaraq dopinq qaydalarını pozmaq ittihamı irəli sürüb və bu, onun maksimum dörd il müddətinə cəzalandırılması ilə nəticələnə bilər.

Hazırda 24 yaşlı ukraynalı yüngül atletika üzrə milli komandada məşqlərə başlayıb və hazırlığı keçmiş Olimpiyaçılar tərəfindən idarə olunur. Mudrik 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi hədəfləyib.

Mudrik “Çelsi”də yanvar 2023-cü ildən çıxış edir. 2024/25 mövsümündə o, bütün turnirlərdə 15 matç keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR