son dəqiqə SON DƏQİQƏ

Salahdan rekord

Bölmə adı İngiltərə
Yayımlandı 15-09-2025, 10:52

“Liverpul” İngiltərə Premyer Liqasının IV turunda “Bernli”ni məğlub edib – 1:0.

Sport1.az xəbər verir ki, görüşdə yeganə qolu penaltidən Məhəmməd Salah vurub.

Bu, misirli hücumçunun İngiltərə çempionatında “Liverpul”la 35-ci penalti qolu olub. Salah bu göstəricidə rekorda sahib çıxıb.

Daha əvvəl “Liverpul”da ən çox penaltidən qol vuran Billi Liddell idi – 34 qol.

Müəllif: Sport1.az