son dəqiqə SON DƏQİQƏ

Derbini “Mançester Siti” qazandı

Bölmə adı İngiltərə
Yayımlandı 14-09-2025, 22:46

Bu gün İngiltərə Premyer Liqasında IV tura yekun vurulub.

Sport1.az xəbər verir ki, ilk matçda “Arsenal” “Nottingem”ə qalib gəlib.

“Çelsi” bu turda “Brentford” səfərində son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib. “Tottenhem” isə “Vest Hem”ə qalib gəlib.

“Mançester Siti” bu turda “Mançester Yunayted”i məğlub edib. “Liverpul” isə “Bernli” səfərindən üç xalla dönüb.

İngiltərə Premyer Liqası
IV tur

13 sentyabr

Arsenal – Nottingem Forest 3:0
Qollar: Subimendi, 32; 79. Dyökereş, 46.

Nyukasl – Vulverhempton 1:0
Qol: Voltemade, 29.

Fulhem – Lids 1:0
Qol: Qudmundsson, 90+4-öz qapısına.

Everton – Aston Villa 0:0

Kristal Pelas – Sanderlend 0:0

Bornmut – Brayton 2:1
Qollar: Skott, 18. Semenyo, 61-pen – Mitoma, 48.

Vest Hem – Tottenhem 0:3
Qollar: Sarr, 47. Berqvall, 57. Van de Ven, 64.

Brentford – Çelsi 2:2
Qollar: Şade, 35. F.Karvalyo, 90+3 – Palmer, 61. Kaysedo, 85.

14 sentyabr

Bernli – Liverpul 0:1
Qol: M.Salah, 90+5 (pen.)

Mançester Siti – Mançester Yunayted 3:0
Qollar: F.Foden, 18, E.Haaland, 53, 68

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR