son dəqiqə SON DƏQİQƏ

"Çelsi"nin futbolçusu 3 aylıq sıradan çıxdı

Bölmə adı İngiltərə
Yayımlandı 11-09-2025, 15:11

“Çelsi”nin yarımmüdafiəçisi Dariu Essuqu bir müddətlik sıradan çıxıb.

Sport1.az xəbər verir ki, o, Portuqaliya gənclər yığmasında olarkən budundan zədə alıb və ən azı 3 ay meydana çıxa bilməyəcək.

20 yaşlı futbolçu bu yay 22 milyon avroya “Sportinq”dən “Çelsi”yə keçib.

Xatırladaq ki, "Çelsi" UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. "Qarabağ" London klubu ilə noyabrın 5-də Bakıda qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR