"Karvan-Yevlax"da problemlər bitmək bilmir.
Sport1.az-ın əldə etdiyi məlumata əsasən, komandanın Yevlaxdakı bazasında vəziyyət qənaətbəxş deyil. Belə ki, hazırda məkanda nə isti su, nə də qaz var. Dünən isə futbolçular məşqdən sonra məcburiyyət qarşısında qalaraq şlank vasitəsilə yuyunublar.
Bu hadisə həm oyunçular, həm də məşqçilər heyəti arasında ciddi narazılıq yaradıb.
Xatırladaq ki, Yevlax təmsilçisində maliyyə böhranı da yaşanır. Futbolçulara "Kəpəz" üzərindəki qələbəyə görə 200-300 manat mükafat verilsə də, son iki ay ərzində maaşların ödənilmədiyi bildirilir. Hazırda "Karvan-Yevlax" 3 oyundan sonra 4 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
NİHAT KƏRİMLİ