"Mançester Siti"nin yetirməsi bu kluba keçdi

Bölmə adı İngiltərə
Yayımlandı 4-09-2025, 23:11

Nigeriya millisinin hücumçusu Keleçi İheanaço “Seltik”ə keçib.

Sport1.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu yeni komandasına azad agent kimi qoşulub. O, 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə daha bir mövsüm uzadılma şərti də yer alıb.

Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan İheanaço peşəkar karyerası ərzində bu klubun əsas komandasında da çıxış edib. O, həmçinin “Lester Siti”, “Sevilya” və “Midlsbro”nun da formasını geyinib. Hücumçu ötən mövsüm 26 oyunda 4 qol vurub və 2 qolun ötürməsini verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR