"Mançester Siti" Donnarummanı aldı

Bölmə adı İngiltərə
Yayımlandı 2-09-2025, 13:31

"Mançester Siti" PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer edib.

Sport1.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2030-cu ilin yayına qədər müqavilə imzalayıblar.

Qeyri-rəsmi məlumata görə, italyan qapıçının transferi "Siti"yə 35 milyon avrodan 39 milyon avroya qədər başa gəlib.

Ötən mövsüm Donnarumma PSJ-nin heyətində bütün turnirlərdə 47 oyunda iştirak edib və onlardan 17-də qapısını toxunulmaz saxlayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR