"Liverpul"dan yeni transfer

Bölmə adı İngiltərə
Yayımlandı 1-09-2025, 23:33

İngiltərə millisinin və "Kristal Pelas"ın müdafiəçisi Mark Quehi "Liverpul"a keçməyə hazırlaşır.

Sport1.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Tərəflər arasında müqavilə 35 milyon funt-sterlinq dəyərində qiymətləndirilib. Müdafiəçi özü bir ay əvvəl "mersisaydlılar"a transferə razılaşıb.

Mark ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR