Millimiz Belarusa məğlub oldu

Bölmə adı Milli
Yayımlandı 23-03-2025, 16:40

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.

Sport1.az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.

Müəllif: Sport1.az