son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqası: Pley-offun ilk oyunları yekunlaşıb - UEFA Çempionlar Liqası: “Sabah” "Hapoel"lə bacarmadı - İtaliya millisinin üzvü “Aston Villa”da “Braqa”da çıxış edəcək “Qarabağ” - “Tvente” oyununun biletləri satışda Məşqçi kursları start götürüb “Hapoel” - “Sabah”: Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək Səudiyyə Ərəbistanınında çıxış edəcək Güləşçimiz ardıcıl ikinci dəfə dünya çempionu oldu “Səbail” Türkiyə klubu ilə heç-heçə edib “Fənərbağça”da növbəti ayrılıq “Jirona”dan ayrıldı 19 yaşlı portuqaliyalı “Roma”da “Fənərbağça”dan İngiltərə klubuna Taekvondoçumuz Pakistanda bürünc medal qazanıb "Zaqatala" yoxlama oyununa çıxır Azərbaycan taekvondoçuları Ankarada hazırlıq keçirlər Karateçilərimiz üçün ilin son sınağı "Neftçi" gələcəyini söyləsə də, transferi baş tutmadı - Avropa Çempionatının maskotları Bu futbolçu üçün "Qarabağ" 2 milyon avro tələb olunur - "Qarabağ" Niderlanda yollanıb Ozan Can Kökçü üzr istədi "Gəncəbasar"ın baş məşqçisinin adı bu tarixdə müəyyənləşəcək 1 güləşçimiz qızıl, 2-si bürünc medal görüşünə çıxır - "Qarabağ" "Tvente" ilə duelə daha bir ciddi itki ilə çıxa bilər Millimizin üzvləri Prezident Kubokunda mübarizəyə başlayır

"Məğlubiyyətlə barışmaq olmaz" - Ayxan Abbasov

Bölmə adı Milli
Yayımlandı 23-03-2025, 13:29

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən təlim-məşq toplanışında Moldovanı 2:0 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına görüşlə bağlı fikirlərini bildirib:

“İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi. Futbolçuları tanıyırıq. Düzdür, bəziləri birinci dəfə idi bir yerdə oynayırdılar. İnanıram ki, ilk toplanışımız xeyrimizə olacaq. İki gündən sonra da Şimali Makedoniya ilə qarşılaşacağıq. Qısa vaxtda oyunlar keçirmək çox önəmlidir. Qarşıdan gələn ardıcıl rəsmi matçlara hazır olmalıyıq. Moldova ilə görüşdə bəzi futbolçuları yaxından tanımaq imkanım oldu. Təbii ki, seleksiya işlərini davam etdirəcəyik. Növbəti toplanışa yeni oyunçular da dəvət olunacaq. Yayda baş tutacaq hazırlıq zamanı komanda olaraq daha çox artıracağımıza inanıram”.

Baş məşqçi futbolçuların klublarında daha çox oyun şansı əldə etmələrinin önəmindən bəhs edib:

“Əlbəttə ki, bəzi çatışmazlıqlarımız var. Futbolçuların öz klublarında az oyun şansı əldə etmələrini Moldova ilə qarşılaşmanın sonlarında hiss etdik. Onlara da demişəm ki, klublarında müntəzəm oynamaq üçün öz üzərlərində çalışmalıdırlar. Rəqibin kimliyindən asılı olmayaraq, meydançada məğlubiyyətlə barışmaq olmaz. Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi. Bunları növbəti matçlarda da görmək istəyirik”.

Qeyd edək ki, U-21 hazırlıq çərçivəsində martın 25-də Şimali Makedoniya yığması ilə yoxlama görüşü keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR