Super Liqa klubunda yeni baş məşqçi

Bölmə adı Futbol
Yayımlandı 22-03-2025, 18:00

Türkiyənin "Alanyaspor" klubununu Joao Pereyra çalışdıracaq.

Sport1.az xəbər verir ki, bu barədə məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.

Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Joao Pereyranın son iş yeri Lissabon "Sportinq"i olub. "Alanyaspor" isə bir neçə gün öncə Sami Uğurlu ilə yollarını ayırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR