"Sumqayıt"ın legioneri millidə fərqləndi

Bölmə adı Futbol
Yayımlandı 22-03-2025, 15:00

“Sumqayıt”ın futbolçusu Ronaldo Vaskezin çıxış etdiyi Dominikan Respublikası millisi Puerto Riko ilə yoldaşlıq oyunu keçirib.

Sport1.az xəbər verir ki, oyuna ehtiyyatda başlayan yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub və 1 qol vurub.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar bir daha üz-üzə gələcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR