Messi "Barselona"ya qayıdır?

Bölmə adı Futbol
Yayımlandı 21-03-2025, 13:13

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubundan ayrıla bilər.

Sport1.az xəbər verir ki, bu barədə “TNT Sports” məlumat yayıb.

"Barselona" hücumçunun geri qaytarılması üzərində işləyir. Onların planı Messinin 2026/2027 mövsümü başlamazdan əvvəl Kataloniya komandasında görməkdir.

Lakin Messinin geri dönməsi ilə bağlı danışıqlar "Barselona"nın ağır maliyyə vəziyyəti səbəbindən çətin keçəcək.

Qeyd edək ki, 37 yaşlı Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR