18 il sonra

Bölmə adı Futbol
Yayımlandı 21-03-2025, 11:40

Türkiyə millisi 18 ildən sonra Macarıstanı məğlub edə bilib.

Sport1.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasının pley-off mərhələsində reallaşıb. İstanbuldakı matçda meydan sahibləri 3:1 hesablı qalibiyyətə seviniblər.

Görüşdə Orkun Kökçü, Kərəm Aktürkoğlu və İrfan Can Kahveçi Macarıstanın qapısına yol tapıblar. Qonaqların yeganə qolunu isə Andraş Şafer vurub.

Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.

Türkiyə millisi 12 sentyabr 2007-ci ildə macarlara qarşı son qələbəsindən sonra keçirdiyi 5 oyundan 4-də uduzub, 1-də meydandan bərabər hesabla ayrılıb. Bu nəticə ilə Türkiyə yığması 5 matçdan sonra Macarıstanı məğlub etməyi bacarıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR