"Liverpul"dan A Seriyası klubuna 35 milyon avroluq təklif

Bölmə adı İngiltərə
Yayımlandı 13-08-2025, 09:51

"Liverpul" Covanni Leoni ilə razılığa gəlib.

Sport1.az xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, ingilis klubu “Parma”nın müdafiəçisi ilə 2031-ci ilə qədər müqavilə barədə prinsipial razılıq əldə edib.

“Qırmızılar” 18 yaşlı futbolçu üçün italiyanlara 35 milyon avro təklif edəcək. Mümkündür ki, ingilislər Leonini bir mövsümlüyə icarə əsasında “Parma”da saxlasınlar.

Qeyd edək ki, A Seriyasının ötən mövsümündə Leoni 17 oyun keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR