son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqası: Pley-offun ilk oyunları yekunlaşıb - UEFA Çempionlar Liqası: “Sabah” "Hapoel"lə bacarmadı - İtaliya millisinin üzvü “Aston Villa”da “Braqa”da çıxış edəcək “Qarabağ” - “Tvente” oyununun biletləri satışda Məşqçi kursları start götürüb “Hapoel” - “Sabah”: Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək Səudiyyə Ərəbistanınında çıxış edəcək Güləşçimiz ardıcıl ikinci dəfə dünya çempionu oldu “Səbail” Türkiyə klubu ilə heç-heçə edib “Fənərbağça”da növbəti ayrılıq “Jirona”dan ayrıldı 19 yaşlı portuqaliyalı “Roma”da “Fənərbağça”dan İngiltərə klubuna Taekvondoçumuz Pakistanda bürünc medal qazanıb "Zaqatala" yoxlama oyununa çıxır Azərbaycan taekvondoçuları Ankarada hazırlıq keçirlər Karateçilərimiz üçün ilin son sınağı "Neftçi" gələcəyini söyləsə də, transferi baş tutmadı - Avropa Çempionatının maskotları Bu futbolçu üçün "Qarabağ" 2 milyon avro tələb olunur - "Qarabağ" Niderlanda yollanıb Ozan Can Kökçü üzr istədi "Gəncəbasar"ın baş məşqçisinin adı bu tarixdə müəyyənləşəcək 1 güləşçimiz qızıl, 2-si bürünc medal görüşünə çıxır - "Qarabağ" "Tvente" ilə duelə daha bir ciddi itki ilə çıxa bilər Millimizin üzvləri Prezident Kubokunda mübarizəyə başlayır

Son 9 mövsümün rekordu

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 20-03-2025, 11:00

Azərbaycanda mövsümün yeni rekordu qeydə alınıb.

Sport1.az xəbər verir ki, “Şəfa” 2024/25 mövsümündə ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.

Bakı komandası II Liqanın XVII turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar II Liqada 2024-cü il oktyabrın 18-də keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Ən böyük səfər qələbəsi isə “Şahdağ Qusar”a məxsus idi. II Liqanın lideri ötən il oktyabrın 7-də “Lerik”in qapısından 7 cavabsız top keçirib.

Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub. Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb. 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 10 top fərqi isə sonuncu dəfə həmin matçdan 16 gün əvvəl yaşanıb. “Zaqatala” “Energetik”in qapısından evdə 10 top keçirib. Bunadək səfərdə ən azı 10 qol vuran son komanda “Neftçala” olub. 2015/16 mövsümündə “Energetik”in qonağı olan neftçalalılar 3476 gün əvvəl - 2015-ci il sentyabrın 11-də 12:0 hesablı qələbə qazanıb. “Şəfa” son 9 mövsümdə səfərdə ən çox qol vuran və ən böyük qələbə qazanan komanda olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR