“Mançester Yunayted”dən ayrılan Kristian Eriksen karyerasına İngiltərə Premyer Liqasında davam edə bilər.
Sport1.az xəbər verir ki, “Bernli” klubu danimarkalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Premyer Liqa klubunun 33 yaşlı futbolçu ilə ilkin danışıqlara başladığı bildirilib.
Eriksenə Almaniya və İspaniyadan da təkliflər var. Futbolçu yaxın zamanda qərarını verəcək.