"Çelsi" 18 yaşlı futbolçu aldı

Bölmə adı İngiltərə
Yayımlandı 6-08-2025, 16:33

"Çelsi" heyətinə yeni futbolçu qatıb.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London təmsilçisi "Palmeyras"dan 18 yaşlı braziliyalı vinger Estevaonu transfer edib. Onunla 2033-cü ilin yayına qədər müqavilə imzalanıb.

"Çelsi" futbolçunun transferi üçün təxminən 34 milyon avro alıb.

Estevao ötən mövsüm "Palmeyras"ın heyətində 37 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.

Müəllif: Sport1.az