"Mançester Siti" braziliyalı futbolçunu icarəyə verəcək

Bölmə adı İngiltərə
Yayımlandı 6-08-2025, 15:53

"Mançester Siti" müdafiəçi Vitor Reysi icarəyə verəcək.

Sport1.az xəbər verir ki, Premyer Liqa nəhəngi braziliyalı futbolçunu "Jirona"ya göndərəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünü La Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Mançester Siti" Vitor Reysi bu ilin yanvar ayında "Palmeyras"dan transfer edib. Gənc oyunçu "şəhərlilər"in heyətində 5 rəsmi matçda meydana çıxıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR