“Liverpul”dan Fransa klubuna

Bölmə adı İngiltərə
Yayımlandı 6-08-2025, 15:13

“Liverpul”un futbolçusu Tayler Morton karyerasını Fransada davam etdirəcək.

Sport1.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Lion"a keçib. Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.

Mortonla 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 10 milyon avro təşkil edib, əlavə 5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Futbolçunun növbəti satışından “Liverpul” 20 faiz pay alacaq.

Qeyd edək ki, Morton “Liverpul”un əsas komandasında 14 oyun keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR