18 yaşlı futbolçu "Çelsi"də

Bölmə adı İngiltərə
Yayımlandı 6-08-2025, 11:13

Estevao “Çelsi”yə transfer olunub.

Sport1.az xəbər verir ki, 18 yaşlı hücumçu, “Palmeyras”dan 34 milyon avro + 27 milyon avro bonuslar qarşılığında transfer edildikdən 13 ay sonra London klubunun düşərgəsinə gəlib.

Məlumata görə, braziliyalı futbolçunun müqaviləsində 2033-cü ilə qədər “Qızıl top” mükafatı qazanacağı təqdirdə əlavə bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, 2025-ci ildə Estevao Braziliya A Seriyasında 11 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2024-cü ildə isə o, 31 turda 13 qol və 9 assist ilə komandasının ən məhsuldar futbolçusu olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR