I Liqa klubunda ayrılıq

Bölmə adı I Liqa
Yayımlandı 19-03-2025, 00:18

I Liqada çıxış edən MOİK-də ayrılıq yaşanıb.

Sport1.az xəbər verir ki, baş məşqçi postunda çalışan Qəzənfər Abbasov MOİK-i tərk edib. Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib:

"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram.

Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR