"Vulverhempton" braziliyalı forvard üçün hərəkətə keçdi

Bölmə adı İngiltərə
Yayımlandı 2-08-2025, 15:22

"Flamenqo"nun üzvü Uolles Yan İngiltərəyə transfer oluna bilər.

Sport1.az xəbər verir ki, 2027-ci ilin dekabrına qədər müqaviləsi olan futbolçuya "Vulverhempton"dan maraq var. 20 yaşlı forvardın hazırda transfer dəyəri 2,5 milyon avrodur.

Qeyd edək ki, braziliyalı ötən mövsüm meydana çıxdığı 26 oyunda 8 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR