Messi yığmadan kənarda qaldı

Bölmə adı Futbol
Yayımlandı 18-03-2025, 10:35

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi Argentina yığmasının növbəti matçlarında iştirak edə bilməyəcək.

Sport1.az xəbər verir ki, kapitan DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə görüşi buraxacaq.

Hücumçu millinin ilkin heyətinə daxil edilsə də, zədə səbəbindən komandadan kənarlaşdırılıb.

Qeyd edək ki, Argentina yığması martın 22-də Uruqvayla səfərdə, dörd gündən sonra Braziliya ilə evdə qarşılaşacaq.

Müəllif: Sport1.az