Fatih Terim ən yaxşı seçildi

Bölmə adı Futbol
Yayımlandı 18-03-2025, 09:50

Səudiyyə Ərəbistanı çempionatında ayın ən yaxşı baş məşqçisi açıqlanıb.

Sport1.az xəbər verir ki, bu ada "Əl-Şabab"ın çalışdırıcısı Fatih Terim layiq görülüb.

Komanda bu ay 10 qol vuraraq 2 qələbə və 1 heç-heçə əldə edib.

Qeyd edək ki, "Əl-Şabab" 25 turdan sonra 43 xalla 6-cı sırada yer alıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR