"Qarabağ"ın sabiq üzvü ilə "Lester" maraqlanır

Bölmə adı İngiltərə
Yayımlandı 20-07-2025, 15:43

Hazırda azad agent olan Asmir Beqoviç karyerasını İngiltərədə davam etdirə bilər.

Sport1.az xəbər verir ki, hazırda qolkiperə Çempionşip klubundan maraq var. Söhbət "Lester"dən gedir. 38 yaşlı qapıçının hazırkı dəyəri 250 min avrodur.

Maraq üçün bildirək ki, A.Beqoviç 2019/20 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib.

Qeyd edək ki, bosniyalı ötən mövsüm "Everton"un heyətində meydana çıxmayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR