"Neftçi" 2025/26 mövsümündə iddialı heyət formalaşdırmaq niyyətindədir.Sport.az-a daxil olan məlumata görə, "ağ-qaralar" Cənubi Amerika bazarında olduqca fəaldır.
Paytaxt təmsilçisinə buradan daha bir futbolçu təklif olunub. Söhbət Freddi Varqasdan gedir.
Pleymeyker mövqeyində çıxış edən Venesuela millisinin üzvüdür. Yığmanın heyətində 3 matçda meydana çıxıb.
26 yaşlı futbolçu hazırda "Makkabi"də (Netanya) çıxış edir. Onun İsrail klubu ilə 2026-cı ilə qədər müqaviləsi var. Freddi ötən mövsüm komandasının heyətində 31 matçda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
Venesuelalı karyerası ərzində "Departivo Lara", "Dallas", "Metropolitanos", "Makkabi" (Bney Reyne) klublarında çıxış edib. Bu kollektivlərdə ümumilikdə 234 qarşılaşmada meydana çıxaraq 28 qol vurub, 20 məhsuldar ötürmə edib.