16:26 12.03.2025 637

Futbolda "görünməz əl" - YAZI

İqtisad elminin banisi hesab olunan şotland Adam Smit hər bir insanın öz marağını qanun çərçivəsində qoruması ilə cəmiyyətə fayda verdiyini, iqtisadiyyatın sanki “görünməz əl” ilə idarə olunduğunu qeyd edirdi.

Məsələn, çörək bişirən özünün marağı üçün mümkün qədər yaxşı və çox çörək bişirməklə həm də cəmiyyətə fayda verir. Bu təfəkkürü yaxşı mənimsəyən millətlər daha çox inkişaf edir.

Britaniyada Adam Smitin “Xalqların Sərvəti” əsərini yayımladığı 1776-dan 81 il sonra Britaniyanın ilk futbol klubu yaradılır. 1857-də “Şeffild Yunayted”boşluqtəsis edilir. Bu həm də dünyada ilk idman klubu idi.

Tarixən hansı fəaliyyət növü kommersiyalaşa bilibsə, təşkilatlanıb və sahibi olub. Hazırda hansı klub kommersiya prinsiplərilə idarə olunursa, onların müflisləşmə riski yox deyiləcək qədər azdır. Çünki, ümumi gəlirə müsbət təsir etməyən heç bir xərc çəkilmir.

Məsələn, “Borussiya” (Dortmund) “Bayern”ə oyunçularını son 10-15 ildə rahatlıqla göndərir. Çünki, “Borussiya” oyunçunun transferindən gəlir əldə edir, futbolçunun yüksək maaş tələbindən də qurtulur. “Bayern” yeni oyunçunun forma və mövsümi bilet satışlarının qiymət artımından daha çox qazanır, nəinki transfer xərclərindən zərər edir.

Kommersiya prinsiplərilə idarə olunmayan klublar isə qısamüddətli nəticələr üçün çalışır. Məsələn, “Adana Demirspor” Türkiyə Super Liqasına vəsiqə qazandığı 2021/22 mövsümündə 9-cu (20 klub), 2022/23-də 4-cü (19 klub), 2023/24-də 12-ci (20 klub) pillədə qərarlaşıb. Cari “futbol ili”ndə isə hələ ki, sonuncu yerdədir və aşağı liqaya düşməyə ən real namizəddir. Buradan çıxarılmalı nəticə odur ki, idman əvvəlcə populyarlaşdırılmalı, insanlara faydası təmin edilməlidir. Daha sonra kommersiyalaşdırılaraq insanların aldığı fayda nisbətində ödəniş etməsinə nail olmaq lazımdır. Əks halda, müasir qloballaşan bazar iqtisadiyyatında nəinki uğur qazanmaq, mövcud olmaq da mümkünsüzdür.

Müasir dünyanın ən güclü iqtisadiyyatına malik Amerika Birləşmiş Ştatlarında futbol ən populyar idman növü deyil. Bu idman növünün ölkədə adı belə fərqlidir. Amerikanlar sevdiyimiz oyuna “soccer” deyirlər. Ölkədə ən məşhur idman növlərinin sırası belədir: Amerika futbolu, basketbol, beysbol, buz xokkeyi və futbol.

Mövcud iqtisadi güc, maddi-texniki təminata baxmayaraq lazımi səviyyədə populyarlığın olmaması və kommersiyalaşmamasına görə futbolda ABŞ-nin böyük uğurları yoxdur.

Bu gün Azərbaycanda futbolun inkişaf etdirilməsinin birinci şərti onun populyarlaşdırılmasıdır. Yazılan hər məqalə, efirə gedən verilişlər, futbola aid internet saytları, yutub kanalları, müxtəlif sosial media platformalardakı hesabların paylaşımları və s. – bunların hər birinin kəmiyyət və keyfiyyəti futbolun populyarlaşmasına cüzi müsbət nəticəsini göstərmiş olur.

Kommersiyalaşdırma isə yetərincə populyarlıq olduqdan sonra mümkün olacaq. Bu gün futbolun Azərbaycanda kommersiyalaşdırılması təşəbbüsü üçün müəyyən imkanlar olsa da, hələ ki, populyarlıq istənilən səviyyədə deyil. Bunu obrazlı desək, ömründə ət dadmamış vegeterianlara kabab satmaq olmaz.

AQİL ŞÜKÜROV
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

12:50

"Sabah"dan ayrılan legioner bu klubla anlaşdı

12:29

Ronaldonun 10 oyunluq uğursuzluğu

12:02

Bölgə klubundan transfer

11:38

"Qarabağ"ın rəqibi qalib gəldi

11:19

DÇ-2026: İkinci tura start verilir

11:01

Sarayevoda altı medal

10:49

"Real"ın transferdən qazancı

10:28

“Qarabağ”ı yox, “Omoniya”nı seçir

10:01

Kevin Medina: "Həyatımda iz qoyan bir klubla vidalaşıram"

09:38

Fransa klubunun baş məşqçisi vəfat etdi

09:15

DÇ-2026: Kolumbiya qələbə ilə başladı

09:00

DÇ-2026: Roderik Miller ehtiyatda qaldı, Qana qalib gəldi

00:36

Portuqaliya - Konqo matçının ən yaxşısı bəlli oldu

23:56

"Neftçi" klubu Orlean mərhələsinin çempionu olub

23:33

Meksika millisinin üzvü karyerasını sonlandıracaq

22:58

DÇ-2026: Portuqaliya Konqo ilə bacarmadı

22:28

Dünya kuboku: Beş boksçumuz 1/4, biri 1/2 finalda

21:54

“Səbail”də yeni təyinat - RƏSMİ

21:33

“Feyenoord”un yeni baş məşqçisi bəlli oldu

20:55

Vernidubun “Neftçi”si “Dinamo” səddini rahatlıqla aşa bilər - YAZI

20:47

I Liqa klubu heyətini yeni oyunçu ilə gücləndirib

20:44

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

19:30

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar

19:11

Boksçularımız Olimpiya ümidləri turnirinə yollanıblar

18:44

Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək

18:11

“Şəfa” onunla bağlı qərarını verdi - RƏSMİ

18:00

"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıda bilər

17:40

Milli üzvü bölgə klubunda

17:17

"Sabah" və "Qarabağ" I mərhələdə uduzsa...

16:50

Saxta futbol forması müsadirə olundu

16:32

Konfrans Liqası: "Zirə"nin növbəti rəqibi bəlli oldu

16:22

"Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibinə rəqib oldu

15:49

İspaniya klubunun futbolçusu vəfat etdi

15:36

Medina "Qarabağ"dan getdi - RƏSMİ

15:10

“Qarabağ”ın potensial rəqibləri bilindi

14:52

Yeddi atletimiz Balkan çempionatında

14:29

17 cüdoçumuz "Böyük Dəbilqə"də

14:11

"Sabah"ın potensial rəqibləri bəlli oldu

13:49

Bernardo Silva rəsmən “Real”da

13:30

Neymar 5-ci dəfə ata oldu

13:03

Kapitan Messi haqqında: "Onu bağlamağa çalışdıq, amma bacarmadıq"

12:51

Portuqaliyalı futbolçu ilk oyunu buraxacaq

12:28

"Atletiko" İngiltərə klubu ilə razılığa gəldi

12:02

DÇ-2026: Günün oyunları

11:48

Təmsilçimizdən gümüş medal

11:33

Millimizin futbolçusu Rumıniya klubunda - RƏSMİ

11:11

PSJ-dən "Mançester Siti"yə

10:58

"Qarabağ" üçün növbəti püşk

10:35

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:23

"Sabah"ın növbəti rəqibi hansı komanda olacaq?

10:09

DÇ-2026: Avstriyadan inamlı qələbə

09:55

Messidən növbəti rekord

09:38

UEFA Konfrans Liqası: “Neftçi”nin rəqibi bu gün bəlli olacaq

09:04

Messinin het-triki Argentinaya qələbə qazandırdı

08:30

Norveçdən darmadağın

03:00

Fransa dünya çempionatında Seneqalı məğlub edib

23:58

“Milan”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:35

“Şamaxı”dan ayrıldı - I LİQA KLUBUNA KEÇDİ

22:57

Paraatletimiz Beynəlxalq Qran-Prinin gümüş medalını qazanıb

22:24

"Zirə"nin də bəxti gətirdi - YAZI

21:39

3 boksçumuz Dünya Kubokunda mərhələ adlayıb

21:06

İslandiya Futbol Federasiyasının uğurlu layihəsi olan "Qarabağ"ın rəqibi - YAZI

20:45

Qurban Qurbanov: “Yaxşı hazırlıq keçməliyik”

20:17

“Zirə” Konfrans Liqasında Gürcüstan klubu ilə üz-üzə gələcək

20:05

"Sabah" bu rəqibi keçməlidir - YAZI

19:57

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

19:48

“Qarabağ” bu futbolçunun transferini rəsmən açıqladı

19:14

AL: “Qarabağ”ın rəqibi müəyyənləşdi

18:46

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

18:12

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi BƏLLİ OLDU