SON DƏQİQƏ
Türkiyə I Liqasında V turun oyunları keçirilir.
Sport1.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Vanspor" doğma meydanda "Batman Petrolspor"u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın start heyətində başlayan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Ozan Can Kökçü 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra 4 xal toplayan "Vanspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.