SON DƏQİQƏ
“Səbail” futbol klubunun adı dəyişdiriləcək.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun adının “Quba” olaraq dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.
“Səbail”in yaydığı açıqlamada qeyd olunub ki, bu dəyişiklik regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması məqsədi daşıyır. Eyni zamanda bu qərar yerli istedadların üzə çıxarılmasına və şəhərdə futbol ənənələrinin gücləndirilməsinə töhfə verəcək.
Hüquqi prosedurların yaxın gələcəkdə tamamlanacağı gözlənilir.