SON DƏQİQƏ
Azərbaycanın U-17 qızlardan ibarət milli komandası Qırğızıstan yığması ilə qarşılaşıb.
Sport1.az xəbər verir ki, Bişkek şəhərində baş tutan yoldaşlıq görüşü Qırğızıstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu Xədicə Rəhimova vurub.
Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.