son dəqiqə SON DƏQİQƏ
ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● Premyer Liqa klublarının yay transferləri ● “Prezident İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir” ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ●

"Bunun faydasını gələcəkdə görəcəyik" - Fernandu Santuş

Bölmə adı Milli / Manşet
Yayımlandı 13-03-2025, 11:38

"Milliyə dəvət alan "Qəbələ"nin üzvü Şahin Şahniyarov çox keyfiyyətli oyunçudur".

Sport1.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunları öncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis özünün və köməkçilərinin tez-tez I Liqa oyunlarını izlədiklərini bildirib:

"Orada yaxşı futbolçular var. Diqqətimi çəkənlər olub. Amma bunu da bilmək lazımdır ki, bura Azərbaycan millisidir. Gələcəkdə fərqli seçimlər edəcəyik. Yeni gələnlər yığmada olan ab-havanı görməlidir. Biz də bəyəndiyimiz oyunçuları millinin toplanışına dəvət edirik. Yaşından asılı olmayaraq, yaxşı çıxış edən futbolçulara milli komandanın qapısı hər zaman açıqdır. Ümid edirəm ki, milliyə çağırılan adlar komandaya fayda verəcəklər".

F.Santuş Haiti millisinin yaxşı komanda olduğunu söyləyib:

"Mən AFFA-ya iki yoxlama oyunu keçirmək istədiyimi bildirdim. Onlar da uyğun rəqibləri bizim üçün seçdilər. Haiti seçməsinə ciddi yanaşırıq. Yaxşı futbol nümayiş etdirirlər".

Baş məşqçi Azərbaycan çempionatında legioner limitinin ləğvi və komanda sayının artırılması məsələsinə də toxunub:

"Bunun faydasını gələcəkdə görəcəyik. Əlbəttə ki, komanda sayının çox olması sevindirici haldır".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də Masazırda yerləşən "Bank Respublika Arena"da isə Belarusla üz-üzə gələcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR