Həftənin futbolçusu adına namizədlər

Bölmə adı Futbol / Çempionlar Liqası
Yayımlandı 13-03-2025, 12:02

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.


Sport1.az xəbər verir ki, xəbər verir ki, bu ada Harri Keyn (“Bavariya”, Almaniya), Canluici Donnarumma (PSJ, Fransa), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya” Dortmund) iddia edir.

Donnarumma penaltilər seriyasında rəqibin iki zərbəsini dəf edərək komandasını 1/4 finala çıxarıb, Keyn “Bayer”lə qarşılaşmada (2:0) qol və məhsuldar ötürmə, Asensio “Brügge” ilə oyunda (3:0) dubl, Can isə “Lill”lə görüşdə (2:1) qollardan birinin müəllifi olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR