3 klub ingilis futbolçu ilə maraqlanır

Bölmə adı İngiltərə
Yayımlandı 8-06-2025, 16:13

"Everton" Jarred Brantueytlə yolları ayıra bilər.

Sport1.az xəbər verir ki, müdafiəçi ilə Premyer Liqanın 3 klubu yaxından maraqlana bilər.

Söhbət "Mançester Siti", "Totenhem" və "Çelsi"dən gedir. İngiltərəlinin hazırda transfer dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, müdafiəçi bu mövsüm meydana çıxdığı 33 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR