son dəqiqə SON DƏQİQƏ

Premyer Liqa klubu futbolçusuna qiymət qoydu

Bölmə adı İngiltərə
Yayımlandı 7-06-2025, 13:51

"Nyukasl" "Nottingem Forest"in yarımmüdafiəçisi Entoni Elanqanın transferində maraqlıdır.

Sport1.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, "meşəbəyilər" 23 yaşlı vingeri 50 milyon avrodan aşağı satmağı planlaşdırmır.

Qeyd edək ki, Elanqa 2023-cü ilin yayında "Mançester Yunayted"dən "Nottingem Forest"ə keçib. Keçən mövsüm o, bütün turnirlərdə 43 oyun keçirib, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR