Millətlər Liqası: Portuqaliya millisi finalda - YENİLƏNİB

Bölmə adı Millətlər Liqası
Yayımlandı 4-06-2025, 01:15

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

Sport1.az xəbər verir ki, Almaniya millisi Münxendə Portuqaliya ilə qarşılaşıb.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Görüşdə hesab 48-ci dəqiqədə açılıb. Florian Virts almanları önə keçirib. Lakin məğlubiyyətlə barışmayan qonaqlar 2 qol vuraraq, hesabı öz xeyirlərinə dəyişiblər. 63-cü dəqiqədə Fransişku Konseysau, bundan 5 dəqiqə sonra isə Kriştianu Ronaldu rəqib qapısına yol tapıblar. Əzmkar qələbə qazanan Portuqaliya millisi finala yüksəlib.

Qeyd edək ki, digər finalçı bu gün keçiriləcək İspaniya - Fransa matçından sonra bəlli olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR